- Dünyanın halı
- 14 Dekabr 16:23
- 2 261
Uitkoff və Kuşner Zelenski ilə danışıqlar aparmaq üçün Berlinə səfər ediblər
ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Cared Kuşner Ukrayna lideri Volodimir Zelenski ilə sülh planı barədə danışıqlar aparmaq üçün Berlinə səfər ediblər.
Aznews.az xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.
Qeyd olunur ki, onlar Almaniya paytaxtının mərkəzində görülüblər.
Daha əvvəl danışıqların dekabrın 15-də baş tutacağı bildirilib. Xarici mətbuatın məlumatına görə, görüş zamanı Amerika tərəfi Rusiya-Ukrayna müharibəsinin başa çatdırılması planının şərtlərini qəbul etdirmək üçün Zelenskiyə təzyiq göstərəcək.
Zelenski dekabrın 13-də bildirib ki, yaxın günlərdə Ukrayna, ABŞ və Avropa rəsmilərinin Berlində bir sıra görüşləri planlaşdırılıb.