Levon Ter-Petrosyan yenidən EMK Partiyasının sədri seçilib

Levon Ter-Petrosyan dekabrın 14-də keçirilən partiya qurultayında yenidən Ermənistan Milli Konqresinin (EMK) sədri vəzifəsinə seçilib.

Aznews.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Bu qərar 29 üzv arasında keçirilən gizli səsvermə nəticəsində qəbul olunduğu bildirilib.

Qeyd edək ki, EMK Ermənistanın müxalif siyasi hərəkatıdır. EMK 2008-ci ildə Levon Ter-Petrosyanın rəhbərliyi altında 13 müxalifət partiyasının bloku kimi yaradılıb, 2013-cü ildə isə vahid partiyaya çevrilib.