- Dünyanın halı
- 14 Dekabr 21:10
- 2 172
Suriyanın Tədmur şəhəri yaxınlığında İŞİD-a qarşı əməliyyat başlayıb
Suriyanın təhlükəsizlik qüvvələri Tədmur şəhərində Suriya-ABŞ birgə patrul qüvvələrinə edilən hücuma cavab olaraq Homs vilayətində və Suriya səhrasının bir neçə ərazisində İŞİD-ə qarşı əməliyyata başlayıb.
Aznews.az xəbər verir ki, bu barədə "Əl-İxbariya" telekanalı məlumat yayıb.
Qeyd edək ki, şənbə günü silahlı şəxs Suriya-ABŞ birgə patrul qüvvələrinə atəş açaraq iki ABŞ hərbçisini və bir amerikalı mülki tərcüməçini öldürüb.
Suriya Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, hücum edən şəxs atışma zamanı zərərsizləşdirilib.