- Qərb
- 21 İyun 21:24
- 2 341
Zelenski: Bu gün Ukrayna ərazisində 695 min rus əsgəri var

Ukrayna prezidenti Volodimir Zelenski Rusiya ordusunun bütün cəbhə xətti boyunca hər gün 200-ə yaxın hücum təşkil etdiyini deyib və əlavə edib ki, “bu gün Ukrayna ərazisində 695 min rus əsgəri var”.
Zelenski paytaxt Kiyevdə keçirdiyi mətbuat konfransında Rusiya-Ukrayna müharibəsi ilə bağlı inkişaflardan danışıb.
Müharibənin davam etdiyi barədə məlumatı paylaşan Zelenski, Ukraynanın Sumı bölgəsində də gərgin toqquşmaların olduğunu qeyd edib.
Rusların bu bölgədəki ön xəttə hücumlarında əsasən Şimali Koreya istehsalı olan raketlərdən istifadə etdiyinə diqqət çəkən Zelenski, "Cəbhədə həyata keçirilən bütün hücum və bombardmanların 23 faizi Sumi istiqamətindədir",-deyə vurğulayıb.
Zelenski bildirib ki, Rusiya ordusu həftə ərzində bu istiqamətdə 200 metr irəliləyib, lakin daha sonra Ukrayna əsgərləri tərəfindən 200-400 metr məsafədə geri çəkilib.
Rusların Dnepropetrovsk bölgəsində də müdafiə xəttini yarmağa və kiçik qruplarla hücum cəhdlərini davam etdirməyə çalışdıqlarını qeyd edən Zelenski, "Ancaq indiyə qədər orada heç bir uğur əldə etməyiblər".
Mövsüm
Aznews.az
Rusiya ordusunun cəbhə xətti boyunca hər gün 200-ə yaxın hücum təşkil etdiyini deyən Zelenski əlavə edib: “Bu gün Ukrayna ərazisində 695 min rus əsgəri var”.