Husilər: ABŞ İrana hücum etsə, Qırmızı dənizdəki gəmilərini hədəfə alacağıq

Husilərin hərbi sözçüsü Yəhya Seri verdiyi açıqlamada bölgədəki hadisələri izlədiklərini və ölkəni müdafiə etmək üçün lazım olan “qanuni” addımları atacaqlarını bildirib.

Bildirilib ki, "İsrail regionda tam nəzarəti ələ keçirməyə çalışır, ABŞ-nin dəstəyi və ortaqlığı ilə öz “sionist planını” həyata keçirmək istəyir və “planının qarşısında ən böyük maneə kimi gördüyü İran rejimini devirməyə çalışır”.

"ABŞ-nin İrana qarşı hər hansı hücumu İsrailin bölgədə nəzarəti bərqərar etmək məqsədinə xidmət edir və bu qəbuledilməzdir. Çünki bu, İslam ümmətinin müstəqilliyini və ləyaqətini əlindən almaq, onları əsarət altına almaq, alçaltmaq, vətənlərini işğal etmək və sərvətlərini talamaq deməkdir" deyən Səriya, belə bir hücum olarsa, onlar ABŞ-nin Qırmızı dənizdəki döyüş gəmilərini hədəf alacaqlarını bildirib.

Mövsüm

Aznews.az