- Dünyanın halı
- 14 Dekabr 16:10
- 2 129
Qəzzanın mərkəzində HƏMAS-ın yüksək rütbəli zabiti güllələnib
HƏMAS-ın daxili təhlükəsizlik qüvvələrinin yüksək rütbəli zabiti Qəzanın mərkəzində silahlı şəxslər tərəfindən öldürülüb.
Aznews.az xəbər verir ki, bu barədə hərəkatın nəzarətində olan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, polkovnik-leytenant Əhməd Zəmzəm səhər saatlarında Maqazi qaçqın düşərgəsində güllələnib. Şübhəlilərdən biri saxlanılıb, lakin onun kimliyi açıqlanmır.
Hadisə ilə bağlı istintaq davam edir.
Aznews.az