- Türkiyə
- 15 İyun 18:11
- 2 551
Ərdoğan: İsrailin İrana hücumu regionun təhlükəsizliyi üçün ciddi riskdir

İsrailin İrana hücumu ilə başlayan gərginlik regionun təhlükəsizliyi üçün ciddi riskdir.
Aznews.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Oman sultanı Heysem bin Tarık bin Teymur Əl Said ilə telefon danışığında deyib.
Onun sözlərinə görə, hücumların nüvə sazişi müzakirələrinin altıncı raundu ərəfəsində baş tutması diqqətçəkən məqamdır.
Ərdoğan qeyd edib ki, nüvə mübahisəsinin həllinin yeganə yolu danışıqlardır.
Türkiyə lideri, həmçinin əlavə edib ki, son hadisələr diqqətləri Qəzzadan yayındırmamalıdır.