"Bu halda AİB-in dağılması qaçılmaz olacaq" - Paşinyan

Digər AİB tərəfdaşları Ermənistanın təcrübəsindən narahatdır.

AzNews.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hökumət iclasında deyib.

"Onların da narahat olduğuna 100 faiz əmin olun, çünki hamı eyni şeyin onların da başına gələ biləcəyini başa düşür. Əgər biz bunu indi tez bir zamanda həll etməsək, bu, AİB-in dağılmasını qaçılmaz edəcək. Biz özümüzə AİB-dən çıxmaq vəzifəsi qoymamışıq", - deyə o qeyd edib.

Paşinyan vurğulayıb ki, əgər bu məsələlər həll olunmazsa, ittifaqın dağılması qaçılmaz olacaq: "Cənubi Qafqaz ölkələrinin regionu bir çox ortaq maraqların və bir çox nüansların olduğu ortaq bir region kimi düşünməsinin vaxtıdır".