“Ermənistan bu günlərdə Amerikada keçirilən Nüvə Təhlükəsizliyi Sammitində iştirak edən Azərbaycan prezidentinin uğurlu siyasi görüşlərini həzm edə bilmir”. “Ermənistan bu günlərdə Amerikada keçirilən Nüvə Təhlükəsizliyi Sammitində iştirak edən Azərbaycan prezidentinin uğurlu siyasi görüşlərini həzm edə bilmir”.

“İlham Əliyevin ABŞ-dakı görüşlərini həzm edə bilmirlər” – Qarabağdakı gərginliyə şərh

“Ermənistan bu günlərdə Amerikada keçirilən Nüvə Təhlükəsizliyi Sammitində iştirak edən Azərbaycan prezidentinin uğurlu siyasi görüşlərini həzm edə bilmir”.


Bunu deputat, Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini Aydın Mirzəzadə bu gün gecə Dağlıq Qarabağda baş verənləri AzNews.az-a şərh edərkən deyib.

Onun sözlərinə görə, Ermənistan prezidenti Serj Sarkisyan sammit çərçivəsində uğursuzluğa düçar olub: "Sarksiyan yüksək səviyyədə görüşlər keçirə bilmədi. Bir çıxışını isə ümumiyyətlə, onun siyasi uğursuzluğu adlandırmaq olar. İlham Əliyevin isə dövlət katibi ilə, konqresmenlərlə, eyni zamanda Amerikanın bir sıra aparıcı şirkətləri və ictimai təşkilatlarla olan görüşü Azərbaycanın siyasi nüfuzundan xəbər verir".

Millət vəkili Ermənistanın gecə kəndlərimizi atəşə tutmasını provakasiya adlandırıb: "Ermənistanın dövlət quruculuğunun xəfarət ediləsi heç nə yoxdur. Nə dövlətçilikləri, nə də inkişaf edən iqtisadiyyatları var. Əhali durmadan köç edir. Ümumiyyətlə, bu gün gündəlikdə Ermənistanın müstəqil dövlət kimi xəritədən silinməsi məsələsi var. Hakimiyyətədə olan komanda bu gün Dağlıq Qarabağ problemində guya ki, prinsipial mövqeyi ilə Ermənistan cəmiyyətinin diqqətini əsas məsələlərdən yönətməyə çaışır. Ancaq bununla belə hərbi qarşıdurmada da Ermənistan uğursuzluğa düçar olur. Azərbaycanın güclü silahlı qüvvələri, cəbhə xəttində ermənilərin provakasiyasına bir qayda olaraq yüksək səviyyədə cavab verməsi bu sahədə də onları uğursuzluğa düçar edir. Müdafiə Nazirliyinin rəsmi məlumatına görə, döyüşlər gedir, erməni provakasiyasının qarşısı alınır. Cox təssüf ki, atılan mərminin biri məcburi köçkünün evinə düşüb, bir nəfər həlak olub, oğlu isə ayaqlarını itirib".

Aydın Mirzəzadənin sözlərinə görə, gecə cəbhə boyu gedən döyüşlər Ermənistanın növbəti dəfə beynəlxalq təşkilatları aldatmaq cəhdi kimi qiymətləndirilməlidir: "Amma bütün bu cəhdlərin qarşısı Azərbaycan əsgərinin layiqli cavabı nəticəsində alınır. Bunu Ermənistan dövlətinə böyük zərbə kimi qiymətləndirmək olar. Ermənistan və onun rəhbərliyi bilməlidir ki, Azərbaycan itirdiyi torpaqları qaytarmaq üçün bütün vasitələrdən istifadə edəcək. Bu məsələdə son itirən Ermənistan olacaq".

Bahar RÜSTƏMLİ