"Sivil dövlətlərdə başqa seçim görülmür" "Sivil dövlətlərdə başqa seçim görülmür"

“Elşad Abdullayevin videosundakı hakim dərhal istefa verməlidir”-RƏY

"Sivil dövlətlərdə başqa seçim görülmür"



Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin son yayımladığı video ilə bağlı AzNews.az-la fikirlərini bölüşən hüquqşünaslar hesab edirlər ki, belə hallarda bir qayda olaraq hakimlər özləri hər hansı bir qərarı gözləmədən istefa verirlər.

Tanınmış vəkil Fuad Ağayev təqsirsizlik prezumpsiyasını pozub hansısa hökm çıxarmaq istəməsə də, hesab edir ki, bunun istefa verməkdən başqa yolu yoxdur: "Amma belə bir video materialın ortaya çıxarıldığı ölkələrdə, sivil dövlətlərdə dərhal istefa verirlər. Hətta bu videoda göstərilənlərdən və eşidilənlərdən dəfələrlə aşağı məsələlərə görə sivil dövlətlərdə istefa verməkdən başqa seçim görülmür".

Digər hüquqşünas Əliməmməd Nuriyev də deyib ki, sivil ölkələrdə belə informasiyalar yayılan andan adı hallanan şəxs istefa verir. Yaxud da həmin şəxs müvafiq strukturlarda işləyirsə, araşdırılma aparılmasını istəyir: "Araşdırma aparılan müddətdə də həmin şəxs tutduğu vəzifəsindən uzaqlaşdırılır. Eyni zamanda da ortaya çıxarılan videonun saxta olub-olmadığı araşdırılır. Əgər həqiqətən videoda səsləndirilən fikirlər hansısa inzibati cinayət və digər xarakterli qərarların qəbul olunmasına əsas verirsə, o da yoxlanılmalı, onun nəticələrinə uyğun ölçü götürülməlidir".

Gültəkin Qəhrəmanlı
AzNews.az