İcra başçısı: “Gəncəni tərk eləməsən, tikdiyin evi başına uçurdacağam” İcra başçısı: “Gəncəni tərk eləməsən, tikdiyin evi başına uçurdacağam”

Gəncənin polis rəisinin gözlənilməz istefasının ŞOK səbəbləri - EKSKLÜZİV

İcra başçısı: “Gəncəni tərk eləməsən, tikdiyin evi başına uçurdacağam”



Məlum olduğu kimi, Gəncə şəhər Baş Polis İdarəsinin rəisi general-mayor Rasim Musayev vəzifəsindən azad edilib. Bu barədə qərar axşam saatlarında məlum olsa da təffərrüatlarla bağlı əlavə məlumartlar verilməyib. Bununla bağlı isə AzNews.az-a ilginc məlumatlar daxil olub. Əldə etdiyimiz məlumatda polis rəisinin müəmmalı istefasının əsl səbəbləri açıqlanır.

Daxil olan informasiyada bildirilir ki, sabiq polis rəisi Rasim Musayevin işdən çıxmasına səbəb Gəncə Şəhər İcra Hakimiyyətinin Başçısı Elmar Vəliyev olub. Belə ki, polis rəisi ilə icra başçısı Elmar Vəliyev arasında uzun zamandır davam edən konflikt yaşanırmış. Bu konfliktin Elmar Vəliyevin Gəncəyə rəhbərlik etdiyi vaxtdan etibarən davam etdiyini bildirən mənbəmizin sözlərinə görə, icra başçısı rəisi şəhərdən uzaqlaşdırmaq üçün bütün imkanlardan istifadə edib. İcra başçısının sonuncu "əməliyyatı" isə gözlənilən nəticəni verib və rəis baş verənlərdən sonra istefa vermək zorunda qalıb.

Rəisin intefasına səbəb isə Rasim Musayevin Gəncə çayının yaxınlığında tikdirdiyi dəbdəbəli villanın başçının əmriylə sökülməsi olub. Belə ki, Elmar Vəliyev sözügedən villanın sökülməsi əmri verdikdən sonra tərəflər arasında qarşıdurma pik həddə çatıb. Bundan sonra isə icra başçısı generala sərt şəkildə bildirib ki, "bir gün ərzində Gəncəni tərk etməsən tikdirdiyin bu evi başına uçurdacam". Elə bu ifadədən sonra, Rasim Musayev gecə ilə Gəncəni tərk edib.

Məlumat üçün bildirək ki, baş verən olayla bağlı AzNews.az-a açıqlama verən Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov da Rasim Musayevin könüllü şəkildə istefa verdiyini təsdiqləyib:

"Gəncə şəhər Baş Polis İdarəsinin rəisi general-mayor Rasim Musayev Daxili İşlər Nazirliyinə istefa ərizəsi göndərib. Rasim Musayevin istefa ərizəsindən sonra daxili işlər naziri Ramil Usubovun əmri ilə işdən azad edilib. General hazırda nazirliyin Baş Kadrlar İdarəsinin sərəncamına götürülüb".

Bildirək ki, Rasim Musayev 2007-ci ilin noyabrında Gəncə şəhər Polis İdarəsinin rəisi təyin edilib. 2011-ci ildə prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Daxili İşlər Nazirliyinin zabiti Musayev Rasim İslam oğlu polis general-mayoru ali xüsusi rütbəsi ilə təltif edilib.

İlkin
AzNews.az