"Ədalətli həmsədr kimi Dağlıq Qarabağ münaqişəsinin ədalətli və davamlı həllinə gətirib çıxaracaq dinamika yaratmaq ümidi ilə fəal çalışacağam". "Ədalətli həmsədr kimi Dağlıq Qarabağ münaqişəsinin ədalətli və davamlı həllinə gətirib çıxaracaq dinamika yaratmaq ümidi ilə fəal çalışacağam".

Həmsədrlər regiona səfər edəcəklər

"Ədalətli həmsədr kimi Dağlıq Qarabağ münaqişəsinin ədalətli və davamlı həllinə gətirib çıxaracaq dinamika yaratmaq ümidi ilə fəal çalışacağam".

"Report" xəbər verir ki, bunu Ermənistanın "Mediamax" nəşrinə müsahibəsində ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskonti deyib.

"Qafqaz regionu ilə çoxdan tanışam. Ermənistan, Azərbaycan və Gürcüstana ilk səfərimi 1999-cu ildə - tələbə olarkən səyahətə çıxdığım zaman etmişəm. Regionun zəngin və qeyri-sabit tarixini araşdırmışam və burada yaşayan bütün xalqlara qarşı heyranlıq və yaxınlıq hiss edirəm", - deyə həmsədr deyib. O əlavə edib ki, 1997-2002-ci illərdə Fransanın baş naziri Lionel Jospenin beynəlxalq məsələlər üzrə müşaviri olan zaman ATƏT-in Minsk qrupunun işi ilə təmasda olub.

S.Viskonti eyni zamanda ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfərinin dəqiq tarixinin hələ bilinmədiyini vurğulayıb: "Çox güman, həmsədrlər tərəflərlə məsləhətləşmələr aparmaq üçün yazda regiona səfər edəcək".

AzNews.az