Yanvarın 9-da Güney Azərbaycanda həbs olunan milli fəal Yürüş Mehrəlibəyliyə hələ də rəsmi ittiham elan edilməyib. Yanvarın 9-da Güney Azərbaycanda həbs olunan milli fəal Yürüş Mehrəlibəyliyə hələ də rəsmi ittiham elan edilməyib.

Milli fəala ETTELAAT-da işgəncə verilir

Yanvarın 9-da Güney Azərbaycanda həbs olunan milli fəal Yürüş Mehrəlibəyliyə hələ də rəsmi ittiham elan edilməyib.




Bu müddət ərzində ETTELAAT-ın Təbriz bölməsində işgəncə altında saxlanılan milli fəal cəmi bir dəfə ailəsi ilə əlaqə saxlayıb.

Bundan əvvəl 2010-cu ildə saxlanaraq 9 ay işgəncəyə məruz qalan hərəkatçı 18 aya azadlıqdan məhrum edilib. 2011-in fevral ayında azad edilən Y.Mehrəlibəyli bu dəfə evinə basqın nəticəsində həbs olunub.

Həbsindən 20 günə yaxın vaxt keçməsinə baxmayaraq hələ də həbsxanaya göndərilməyən Y. Mehrəlibəyli indiyə qədər 7 dəfə saxlanılıb. Əvvəlki həbslər zamanı da hərəkatçı fiziki və psixoloji işgəncəyə məruz qalıb. Sutkalarla işgəncə edilərək ayaq üstündə saxlanılan Y. Mehrelibəyli yeni GAMOH Mərkəzi Komitəsinin üzvüdür.

Alpər
AzNews.az