KXCP sədrindən Ayaz Mütəllibova sərt sözlər KXCP sədrindən Ayaz Mütəllibova sərt sözlər

“Bu adamların qibləsi Moskvadır...”

KXCP sədrindən Ayaz Mütəllibova sərt sözlər



Klassik Xalq Cəbhəsi Partiyasının sədri (KXCP) Mirmahmud Mirəlioğlu eks-prezident Ayaz Mütəllibovun geniş müzakirələrə səbəb olan açıqlamaları ilə bağlı AzNews.az-a münasibət bildirib.

"Ayaz Mütəllibovun son açıqlaması olduqca təssüf doğurucu idi. Xüsusilə də bir cümləsi daha çox etiraza səbəb olmalıdı. Ayaz Mütəllibov deyib ki, Xocalı faciəsinə görə mən məsuliyyət daşımıram. Bu açıqlamadan 5 gün əvvəl mən yazmışdım ki, 1990-cı ilin sonunda Ali Sovetə deputat seçilən bir şəxs, 35 saylı orta məktəbin müəllimi kimi, sadə vətəndaş olaraq bu faciəyə görə məsuliyyət daşıyıram. Amma bu adam necə prezident, birinci şəxs olmasından asılı olmayaraq həmin vaxt ölkənin rəhbəri olub, buna baxmayaraq məsuliyyət daşımadığını deyir".

Daha sonra Ayaz Mütəllibovu və onun kimiləri Moskvadan asılılıqda ittiham edən KXCP sədri aşağıdakıları söylədi: "Onun memuarını oxuyanda da fikirləri adama qəribə gəlirdi. Deməli, Moskvadan təyin olunan insanlar kimliyindən, hansı dövrdə yaşamasından asılı olmayaraq hər zaman Rusiyanın maraqlarını daha çox ifadə edirlər. Sadəcə olaraq, bəziləri millətə, dövlətə, yaşadıqları bu əraziyə, yedikləri çörəyə, içdikləri suya bir qədər hörmət etməyə məcbur qalıblar. Amma birmənalı şəkildə Moskvaya xidmət ediblər və sona qədər yenə də öz xidmətlərini davam etdiriblər. Bu adamların qibləsi hər zaman Moskva olub".

Gültəkin
AzNews.az