Rusiya Azərbaycan və Ermənistan XİN başçılarının görüşündən effektiv nəticələr gözləyir

Rusiya Xarici İşlər Nazirliyi Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin qarşıdan gələn görüşünə münasibət bildirib.

AzNews.az APA-ya istinadən xəbər verir ki, Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Azərbaycan və Ermənistan XİN başçılarının qarşıdan gələn görüşü ilə bağlı suala cavab verib.

O, Rusiyanın nazirlərin gözlənilən görüşündən effektiv nəticələr gözlədiyini söyləyib:

"Əgər bu görüş razılaşdırılsa, baş tutsa, o zaman biz həqiqətən də effektiv nəticələr və yaxşı atmosfer arzulayırıq".