İdxal-ixrac əməliyyatlarına nəzarət sistemi təkmilləşdirilir

Prezident İlham Əliyev “İdxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsinə dair Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Nazirlər Kabinetinə tapşırılır ki, sərəncamla təsdiq edilmiş Tədbirlər Planının icrasının aidiyyəti dövlət orqanları ilə əlaqələndirilməsini təmin etsin və görülmüş işlər barədə rübdə bir dəfə, hər rübdən sonrakı ayın 25-dək Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

AzNews.az