"Meydan TV" Azərbaycanda fəaliyyət göstərməsə də, maliyyə imkanları baxımından ən zəngin Azərbaycandilli internet resursu idi. İndi isə Qərb dairələrinin donorluq etdiyi bu media təşkilatına ayrılan pullar kəsilib. Çətin vəziyyətlə üzləşən "Meydan TV” isə ictimai aksiyalar keçirərək pul toplamağa başlayıb. "Meydan TV" Azərbaycanda fəaliyyət göstərməsə də, maliyyə imkanları baxımından ən zəngin Azərbaycandilli internet resursu idi. İndi isə Qərb dairələrinin donorluq etdiyi bu media təşkilatına ayrılan pullar kəsilib. Çətin vəziyyətlə üzləşən "Meydan TV” isə ictimai aksiyalar keçirərək pul toplamağa başlayıb.

Donorlar "Meydan TV”-dən niyə imtina edib? - Emin Millinin sədəqə toplamasının əsl səbəbi

"Meydan TV" Azərbaycanda fəaliyyət göstərməsə də, maliyyə imkanları baxımından ən zəngin Azərbaycandilli internet resursu idi. İndi isə Qərb dairələrinin donorluq etdiyi bu media təşkilatına ayrılan pullar kəsilib. Çətin vəziyyətlə üzləşən "Meydan TV” isə ictimai aksiyalar keçirərək pul toplamağa başlayıb.

Bu barədə AzNews.az-a hazırda "Meydan TV" ilə əməkdaşlıq edən və adının çəkilməsini istəməyən jurnalist məlumat verib.

Onun dediklərindən:

“Məlumdur ki, "Meydan TV” layihəsində əsas məqsəd Azərbaycandakı media azadlığı və insan hüquqları sahəsində araşdırmaq aparmaq və bu barədə davamlı olaraq öz havadarlarına - Avropa Birliyinə və ölkələrinə hesabatlar göndərməkdən ibarət idi. Həmin dairələr də bəzi QHT-lərlə yanaşı "Meydan TV” kimi internet resurslarında yayılan məlumatlara istinad edirdilər. Bu fəaliyyətin qarşılığında Emin Milli böyük məbləğdə pul aldığı üçün təbii ki, saytda məlumatlar da şişirdilmiş və qərəzli olurdu”.

Həmsöhbətimizin verdiyi məlumata görə, artıq Avropa Birliyi ölkələri ayılıb və "Meydan TV” kimi qurumların məlumat və hesabatlarına güvənmirlər. Onlar Azərbaycandakı media azadlığı və insan haqları ilə bağlı məlumatları yalnız Bakıdakı səfirliklərindən almağa başlayıblar. Nəticədə məlum olub ki, səfirliklərin verdiyi informasiya ilə bir çox Qeyri-Hökumət Təşkilatların, o cümlədən Emin Millinin saytının məlumatları üst-üstə düşmür. Beləcə, onlar böyük maliyyə hesabına ərsəyə gələn, xərcləri şişirdilmiş layihələrdən imtina etməklə, həm də öz büdcələrinə qənaət etmiş olublar.

Elgün Mənsimov
AzNews.az