İsa Qəmbərin müşavirini hara aparıblar?

Bu gün muxalifətin Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasının 95 illiyi ilə bağlı Novxanıda keçirdiyi mitinq təşvişlə yekunlaşıb.


AzNews.az musavat.com-a istinadən xəbər verir ki, tədbirin sonunda mülki geyimli şəxslər Müsavat Partiyası başqanının müşaviri Müstafa Hacılıya zor tətbiq etməklə, "10-AP-731" dövlət nömrə-nişanlı "Niva-Şevrolet" markalı maşına salaraq naməlum istiqamətdə aparıblar. Hadisə ilə bağlı digər tədbir iştirakçıları Ombudsman İdarəsinə, Daxili İşlər Nazirliyinin 102 saylı qaynar xəttinə və hüquq müdafiəçilərinə məlumat veriblər. Lakin Mustafa Hacılının yerini dəqiqləşdirmək mümkün olmayıb. Ombudsman İdarəsindən Mustafa Hacılının Abşeron rayon Polis İdarəsində saxlanıldığı bildirilsə də, Abşeron rayon Polis İdarəsinin növbətçisi isə bu məlumatı təkzib edir.

Müsavat partiyası baş verən hadisə ilə bağlı bəyanat yayıb.

AzNews.az