“İbrahimbəyov müxalifətin vahid namizədi deyil” - Sərdar Calaloğlu

"Rüstəm İbrahimbəyov müxalifətin vahid namizədi yox, Milli Şuraya qoşulan qüvvələrin namizədidir"

Bunu "Qafqazinfo"ya açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu kinodramaturq Rüstəm İbrahimbəyovun Milli Şuranın vahid namizədi elan olunmasına münasibət bildirərkən deyib. S. Cələlaloğlu bildirib ki, seçki məcəlləsinə görə namizədlər rəsmi surətdə avqustun sonu, sentyabrın əvvəllərində irəli sürürlər: "İndi namizədliyi elan edilən adamlar qeyri-rəsmi siyasi qərarla irəli sürülüb. Əgər müxalifət bir neçə ayı da normal başa vura bilsə yəqin ki, sonda həqiqi namizəd irəli sürəcək".

Partiya sədri Milli Şuraya təkcə müxalif qüvvələrin yox, həm də qeyri-müxalif qüvvələr toplaşdığını söyləyib: "Milli Şuraya tək-tək vətəndaşlar, Qeyri Dövlət Təşkilatları da üzvdürlər. Ona görə də Rüstəm İbrahimbəyovun müxalifətin vahid namizədi kimi təqdim edilməsi doğru deyil. Təbii ki, orada iki müxalif partiya da var. Mən hesab edirəm ki, müxalifətin vahid namizəd ideyası bir o qədər də həyata keçirilmir. Hər halda bunun da millətimizə xeyirli olmasını arzu edirəm. Onun da xeyirli olub-olmayacağı oradakı qüvvələrin digər qüvvələrlə necə mübarizə aparacaqlarına bağlı olan məsələdir".

AzNews.az