Azərbaycanda arzuolunmaz şəxslər

"Bu iki britaniyalı artıq bir müddətdir ki Azərbaycanda arzuolunmaz şəxslər siyahısındadır".

Xarici İşlər Nazirliyinin sözçüsü Elman Abdullayev APA TV-yə Böyük Britaniya parlamentinin üzvləri Stiven Paund və Con Uitinqdeyin Dağlıq Qarabağa səfərini şərh edərkən deyib.

Nazirlik rəsmisi bildirib ki, Azərbaycan bununla bağlı həmin ölkənin aidiyyatı qurumlarına müraciət etdikdə, bildiriblər ki, bu dövlətin rəsmi mövqeyi deyil, ayrı-ayrı şəxslərin mövqeyidir. Onun sözlərinə görə, ümumiyyətlə işğal olunmuş ərazilərimizə qanunsuz səfərlərin həyata keçirilməsi ilə bağlı məlumatlar erməni mətbuatında şişirdilir.

Elman Abdullayev bildirib ki, lakin Azərbaycanın arzuolunmaz şəxslər siyahısını ictimaiyyətə təqdim etdikdən sonra bu rəsmi İrəvanı və erməni lobbisini ciddi təşvişə salıb.

Artıq bir qrup insan bu adlarının bu siyahıdan çıxarılması ilə bağlı xahiş edib.

Azərbaycan-Böyük Britaniya parlamentlərarası dostluq qrupunun üzvü Rövşən Rzayev britaniyalı parlamentarilərin səfərini pisləyib və ümumiyyətə Dağlıq Qarabağ məsələsi ilə bağlı Azərbaycanın haqlı mövqeyinin çatdırıldığını deyib.

Onun sözlərinə görə, bu cür insanların səfərləri Ermənistan tərəfini düzgün yola çəkmək və konstruktiv mövqeyə dəvət etmək məqsədi ilə olsa daha yaxşı olar.


AzNews.az