AXCP yeni qərargaha köçdü

Azərbaycan Xalq Cəhbəsi Partiyası (AXCP) paytaxtda ofisə yiyələnib.

Partiyanın mətbuat xidmətinin rəhbəri Natiq Ədilov AXCP-nin əvvəllər Açıq Cəmiyyət Partiyasının ofisi kimi tanınan mülkin sahibi ilə icarə müqaviləsi bağladığını açıqlayıb. Sözügedən mülkün sahibi hazırda xaricdə yaşayır.

Artıq AXCP-nin mərkəzi qərargahı həmin mülkdə - Nərimanov rayonu, Tələt Şıxəliyev küçəsi, 8 ünvanında fəaliyyətə başlayıb.

AzNews.az