Ərzurum qədim erməni şəhəri kimi təqdim olundu Ərzurum qədim erməni şəhəri kimi təqdim olundu

Rus xəbər portalından ciddi səhv

Ərzurum qədim erməni şəhəri kimi təqdim olundu



Rusiyanın analitik xəbər portalı "Pravda" Suriyaya uçan erməni təyyarəsi ilə bağlı dərc etdikləri məqalədə Ərzurumu qədim erməni şəhəri kimi təqdim edib.

AzNews.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, məqalədə təyyarənin məhz Ərzuruma endirilməsini qəribə təsadüf kimi qiymətləndirən jurnalist bildirib ki, bu şəhər həmdə erməni soyqırımının törədildiyi qədim erməni şəhərləri kimi tarixə düşüb.

Məqalədə Ərzurum şəhərində törədilən saxta soyqırımla bağlı iftira xarakterli tarixi faktlar da sadalanıb.

Nəzərə alsaq ki, Rusiya xəbər portallarında işləyənlərin müəyyən qismi erməni və ya ermənipərəstdir, bu zaman Ərzurumun qədim erməni şəhəri kimi təqdim edilməsi təsadüfi deyil.

Sadiq Musa
AzNews.az