Fransa səfiri Paris merinin ermənipərəst mövqeyindən danışdı

Fransa Azərbaycanı Dağlıq Qarabağ məsələsində dəstəkləyir.


AzNews.az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə Fransanın Azərbaycandakı səfiri Aureliya Buşez deyib.

Paris meri Ann İdalqonun himayəsi altında "Hayastan" ümumerməni fondunun Fransa ofisi tərəfindən keçiriləcək 16-cı Avropa telemarafonuna münasibət bildirən səfir deyib ki, Dağlıq Qarabağ məsələsində Fransanın mövqeyi son dərəcə aydındır: "Fransa Azərbaycanı dəstəkləyir və qondarma "Dağlıq Qarabağ respublikası"nı tanımır".

Məlumata görə, telemarafondan ələ olunacaq vəsait separatçı Dağlıq Qarabağ regionunda icma mərkəzinin tikintisinə ayrılacaq.

A.Buşez qeyd edib ki, Paris merinin belə bir layihə həyata keçirməsi Fransanın mövqeyini əks etdirmir: "Burada ikili standartlardan söhbət gedə bilməz".