Sumqayıt şəhərində yanğın hadisəsi baş verib. Sumqayıt şəhərində yanğın hadisəsi baş verib.
  • Toplum
  • 14 Noyabr 2018 10:43
  •  2 239

“Karvan” ticarət mərkəzində yanğın - 60 nəfər təxliyyə edildi

Sumqayıt şəhərində yanğın hadisəsi baş verib.

AzNews.az FHN-ə istinadən xəbər verir ki, “Karvan” ticarət mərkəzinin 2-ci mərtəbəsində ümumi sahəsi 30 m² olan geyim mağazasının yanar konstruksiyaları və içərisindəki əşyalar 25 m² sahədə yanıb.

Hadisə zamanı yanğınsöndürənlər tərəfindən 10 nəfər xilas olunmuş, 60 nəfər təhlükəsiz əraziyə təxliyyə edilib.

Yanğın saat 09:39-da yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bahar RÜSTƏMLİ
AzNews.az