Xətai rayonuna içməli su verilişində yaranmış fasilənin səbəbi məlum olub. Xətai rayonuna içməli su verilişində yaranmış fasilənin səbəbi məlum olub.
  • Toplum
  • 17 Noyabr 2018 23:01
  •  1 403

Xətai rayonundakı su probleminin səbəbi məlum oldu

Xətai rayonuna içməli su verilişində yaranmış fasilənin səbəbi məlum olub.

Bu gün Bakının Xətai rayonunun bir hissəsinə içməli suyun verilməsində yaranmış məhdudiyyətin səbəbi məlum olub.

"Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllının verdiyi məlumata görə, buna "AzərSuTikinti" xəstəxanası yaxınlığında "+ 82 Şərq" su anbarı adlı ərazidən keçən su boru kəmərində sızmanın baş verməsi səbəb olub.

"Bu gün "AzərSuTikinti" xəstəxanası yaxınlığında, "+ 82 Şərq" su anbarı deyilən ərazidən keçən su boru kəmərində sızma baş verib. Axşam rejimində əhaliyə mümkün qədər su verildikdən sonra su verilişi yenidən dayandırılıb və indi təmir işləri yenidən davam etdirilir", - deyə A.Cəbrayıllı bildirib.

Bundan əvvəl Sabah Bakının Xətai rayonuna içməli suyun verilişinin yenidən məhdudlaşdırılacağı bildirilib.(report.az)

AzNews.az