- Toplum
- 20 Noyabr 2018 17:17
- 2 813
Atalar və oğullar yox, ATALAR VƏ QIZLAR!

"Gənc Vətəndaş" İctimai Birliyi sosial layihəyə start verir.
AzNews.az-ın xəbərinə görə, layihənin başladılması haqda məlumatı Gənc Vətəndaş İctimai birliyinin icraçı direktoru Günel Səfərova şəxsi profilində paylaşıb: “Hər atanın cibində, telefonunda qızının şəkli var. Atalar gülərsə, qızlar da gülər. Çünki qızlar atalarına hamıdan çox güvənir. Atalar da qızları ilə daha çox vaxt keçirməlidir.
"Gənc Vətəndaş" İctimai Birliyi sosial layihəyə start verir. Qızını sevən hər atanı layihəyə qoşulmağa çağırırıq. Şərtimiz sadədir. Hər kəs qızına kitab oxuyur, şəklini və qısa videosunu çəkir, şərh bölümünə yerləşdirir. "Gənc Vətəndaş" 8 martda ataları və qızları səhər yeməyinə dəvət edəcək və orda göndərdiyiniz videolardan hazırlanan rolik də təqdim olunacaq.
Uşaqları sevgimizlə böyüdək!”
Səidə Nurməmmədli,
AzNews.az
