- Paytaxt
- 31 May 19:08
- 3 991
XİN: Vətən müharibəsindən indiyədək 397 nəfər mina qurbanı olub

Azərbaycanda iki gün ard-arda baş verən mina partlayışları dinc sakinlərə zərər vurub.
Aznews.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında qeyd edilib.
“Ermənistanın Azərbaycan ərazilərini minalaması səbəbindən 2020-ci il Vətən müharibəsindən indiyədək 397 nəfər mina qurbanı olub. Yaşayış məntəqələri və qəbiristanlıqları hədəfə alan bu mənfur əməllər beynəlxalq humanitar hüququ pozur və sakinlərin öz evlərinə qayıtmasına mane olur”, - məlumatda vurğulanıb.