Hüquqi şəxslər tərəfindən əhaliyə 2 milyard 942,2 milyon manatlıq xidmət göstərilib. Hüquqi şəxslər tərəfindən əhaliyə 2 milyard 942,2 milyon manatlıq xidmət göstərilib.
  • Toplum
  • 3 Yanvar 2019 20:11
  •  1 541

Bakıda əhaliyə 5 milyardlıq xidmət göstərilib

Hüquqi şəxslər tərəfindən əhaliyə 2 milyard 942,2 milyon manatlıq xidmət göstərilib.

2018-ci ilin yanvar-noyabr aylarında Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,9 faiz artaraq 4 milyard 806,8 milyon manat olub.

Hüquqi şəxslər tərəfindən əhaliyə 2 milyard 942,2 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətin ümumi dəyərinin 61,2 faizini təşkil edib.

Hesabat dövründə ictimai iaşə dövriyyəsi isə əvvəlki ilin müfaviq dövrü ilə müqayisədə real ifadədə 6,9 faiz artaraq 887,6 milyon manat olub.

Dövriyyənin 46,9 faizi hüquqi şəxs statuslu müəssisələrin, 53,1 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşüb.

Hesabat dövründə hüquqi şəxs statuslu müəssisələrdə dövriyyə 2017-ci ilin yanvar-noyabr aylarına nisbətən 11,3 faiz artaraq 416,2 milyon manat təşkil edib.

AzNews.az