• Toplum
  • 4 Aprel 2019 23:23
  •  797

Bakıda 14 yaşlı qız itkin düşdü

O, əvvəllər də bir neçə dəfə evdən gedib.

Bakıda daha bir yeniyetmə itkin düşüb.

Hadisə Nəsimi rayonu ərazisində baş verib.

2005-ci il təvəllüdlü Tağızadə Mələk Yadigar qızı aprelin 3-də yaşadığı Nəsimi rayonu, 4-cü mikrorayon, Mir Cəlal küçəsi ev 2, mənzil 3-dən çıxaraq geri qayıtmayıb.

Onunla birgə yaşayan 2000-ci il təvəllüdlü bacısı Tağıyeva Sevda Yadigar qızı bildirib ki, M.Tağızadə əvvəllər də bir neçə dəfə evdən gedib.

Faktla bağlı araşdırmalara başlanılıb. (trend)

AzNews.az