Meyit daxili və xarici müayinə edilib. Meyit daxili və xarici müayinə edilib.
  • Toplum
  • 9 Aprel 2019 20:24
  •  2 515

Sumqayıtda hamamda 16 yaşlı qızın meyiti tapıldı

Meyit daxili və xarici müayinə edilib.

Sumqayıtda yeniyetmə qız naməlum səbəbdən ölüb.

Hadisə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində baş verib.

Qəsəbə sakini, 2003-cü il təvəllüdlü Həsənova Ceyranxanım Ehtiram qızı yaşadığı fərdi yaşayış evinin hamamında ölü vəziyyətdə tapılıb.

Hüquq mühafizə orqanları əməkdaşları hadisə yeri və meyitə baxış keçirib, meyit daxili və xarici müayinə edilib.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır. (trend)

AzNews.az