Bakıda minik avtomobili yandı

Avtomobilin, qarajın qalan hissəsi və ev yanğından mühafizə olunub.

Bakıda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, şəhərin Xəzər rayonunda ümumi sahəsi 100 m² olan ikimərtəbəli evin 1-ci mərtəbəsində yerləşən qarajın içərisində "Mercedes" markalı minik avtomobilinin salon hissəsi və arxa təkəri yanıb. Yüksək temperaturdan qarajın lambirindən ibarət tavanı 5 m² sahədə əriyib.

Avtomobilin, qarajın qalan hissəsi və ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

AzNews.az