Gizir Məmmədov Nurlan Rəhim oğlu ağır yaralanıb Gizir Məmmədov Nurlan Rəhim oğlu ağır yaralanıb
  • Toplum
  • 6 İyul 2019 11:52
  •  3 282

Hərbi hissədə tank mərmisi partladı - iki hərbçimiz həlak oldu

Gizir Məmmədov Nurlan Rəhim oğlu ağır yaralanıb

İyulun 6-da səhər saatlarında hərbi hissələrdən birində bədbəxt hadisə baş verib.

Bu barədə AzNews.az-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Tank mərmisinin atımının hərbi qulluqçunun əlindən yerə düşməsi nəticəsində partlayış olub.

Nəticədə iki hərbi qulluqçu - gizir Ağalarov Amiddin Şahmalı oğlu və kiçik çavuş Salahov Samir Çingiz oğlu həlak olub.

Müdafiə Nazirliyinin rəhbərliyi həlak olanların yaxınları və əzizlərinə dərin hüznlə başsağlığı verir, səbir diləyir.

Hadisə nəticəsində gizir Məmmədov Nurlan Rəhim oğlu ağır yaralanıb.

Faktla bağlı araşdırma aparılır.