Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) yeni qeydiyyatdan keçmiş Bakı şəhəri “Şərqdə Ulduz” Xristian dini icması və Bakı şəhəri “Yevangelist Xristian Baptistlərin Kilsəsi” dini icmasına şəhadətnamələr təqdim edilib Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) yeni qeydiyyatdan keçmiş Bakı şəhəri “Şərqdə Ulduz” Xristian dini icması və Bakı şəhəri “Yevangelist Xristian Baptistlərin Kilsəsi” dini icmasına şəhadətnamələr təqdim edilib
  • Toplum
  • 11 İyul 2019 18:00
  •  3 170

Azərbaycanda daha iki xristian icması qeydiyyatdan keçib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) yeni qeydiyyatdan keçmiş Bakı şəhəri “Şərqdə Ulduz” Xristian dini icması və Bakı şəhəri “Yevangelist Xristian Baptistlərin Kilsəsi” dini icmasına şəhadətnamələr təqdim edilib

Komitədən Aznews.az-a verilən məlumata görə, Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov bildirib ki, dövlət tərəfindən mütəmadi olaraq dini konfessiyalara maddi və mənəvi dəstək göstərilir, müxtəlif etnik qrupların öz dillərini, mədəni dəyərlərini qoruyub saxlamaları, dini inanclarını rahat şəkildə yerinə yetirə bilmələri üçün lazımi şərait yaradılır.

S. Heydərov dini icmalara fəaliyyətlərini qanunvericiliyə uyğun qurmalarını və konfessiyalar arasındakı mövcud anlayışa öz töhfələrini verməyi tövsiyə edib.

Sonda qeydiyyat şəhadətnamələri dini icma sədrlərinə təqdim edilib.