İmtahanda iştirakı gözlənilən 1759 abituriyentdən 28 nəfər imtahanda iştirak etməyib İmtahanda iştirakı gözlənilən 1759 abituriyentdən 28 nəfər imtahanda iştirak etməyib
  • Toplum
  • 17 İyul 2019 12:54
  •  2 518

Hərbi liseylərə qəbul imtahanının nəticələri açıqlandı

İmtahanda iştirakı gözlənilən 1759 abituriyentdən 28 nəfər imtahanda iştirak etməyib

Dövlət İmtahan Mərkəzi (DİM) Müdafiə Nazirliyinin hərbi liseylərinə 2019-cu il iyulun 14-də keçirilən qəbul imtahanının nəticələrini elan edib.

Mərkəzdən bildirilib ki, imtahanda iştirak edən abituriyentlər imtahan nəticələri və “cavab kartı”nın qrafik təsviri ilə buradan tanış ola bilərlər.

Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operator nömrələrindən “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

İmtahanda iştirakı gözlənilən 1759 abituriyentdən 28 nəfər imtahanda iştirak etməyib. 1 nəfər qaydaları pozduğu üçün imtahandan xaric edilib.

AzNews.az