Jurnalist övladlarının qəbul olunduqları ali məktəblər - SİYAHI

Ali təhsil müəssisələrinin müsabiqəsində 58258 nəfər iştirak edib

Dövlət İmtahan Mərkəzi (DİM) 2019/2020-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olunmuş abituriyentlərin nəticələrini elan edib.

Tələbə adı qazanan şəxslər 2019-cu il avqustun 15-dən 27-dək (şənbə, bazar günləri istisna olmaqla) sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Dövlət İmtahan Mərkəzinin yaydığı məlumata görə, ali təhsil müəssisələrinin müsabiqəsində 58258 nəfər iştirak edib. Onlardan 42062 nəfəri (o cümlədən 3542 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 17820 nəfər (o cümlədən 586 subbakalavr) dövlət sifarişi əsasında, 24242 (o cümlədən 2956 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.

Ötən illərdə olduğu kimi bu il də ictimaiyyətdə tanınan xeyli şəxsin, jurnalistin övladı tələbə adını qazanıb. Onlardan bir qisminin övladları xaricdə təhsil alacaq, digər qismi isə ölkənin nüfuzlu ali təhsil müəssisələrində seçdikləri ixtisas üzrə oxuyacaqlar. (Musavat.com)

Məşhurların övladlarının təhsil alacaqları universitetləri təqdim edirik.

aygunmuradxanli.jpg (139 KB)

Belə ki, jurnalist Aygün Muradxanlını qızı Humay ali təhsilini Türkiyədə alacaq. O, İstanbul Universitetinin xalqla ilişkilər fakültəsinə qəbul olub.

evez-zeynalli.jpg (51 KB)

“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının övladları da Türkiyə universitetlərinə qəbul olublar. Belə ki, Zeynallının böyük qızı Selcan İstanbul Universitetinin ictimaiyyətlə əlaqələr fakültəsinə qəbul olunub. Onun bacısı Banu İstanbul Universitetində tibb fakültəsini qazanıb.

azer-ayxan.jpg (133 KB)

Xarici ölkə universitetinin tələbəsi adını qazananlar arasında "Yeni Müsavat" qəzetinin baş redaktorunun 1-ci müavini Azər Ayxanın qızı Ayan Abbaslı da var. Ayan ali təhsilini Çexiyanın paytaxtı Praqa şəhərində alacaq. O, Praqada yerləşən Anglo-American Universitetinin jurnalistika və əlaqələr fakültəsinə daxil olub. Ayan Abbaslı IELTS beynəlxalq imtahan sistemi üzrə 7 bal toplayaraq yüksək nəticə göstərən azərbaycanlı gənclərdəndir.

Xatırladaq ki, Azər Ayxanın daha bir övladı - oğlu Ayxan Abbaslı da 2017-ci ildən Praqada təhsil alır. Ayxan Abbaslı Çarlz Universitetinin Maliyyə və iqtisadiyyat fakültəsinin tələbəsidir.

Jurnalist Qadir İbrahimlinin qızı Arzu İbrahimli Bursanın Uludağ Universitetində seçdiyi ixtisas (sosiologiya) üzrə təhsil alacaq.

Real TV-nin əməkdaşı Ləman Ələşrəfqızı da bu günlərdə sevincini həmkarları ilə bölüşməkdədir. Jurnalistin oğlu Rəsul İsmayılov Türkiyədəki bir neçə universitetin tələbəsi adını qazanıb. Bunların arasında Bülent Ecevit Universiteti, 19 Mayıs Universiteti kimi ali təhsil ocaqları var. Jurnalistin dediyindən belə məlum olur ki, onların seçimi 19 Mayıs Universiteti olacaq.

"Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı da oğlunun Türkiyədə təhsil almaq imkanı qazanmasına sevinir. Baş redaktorun ən kiçik övladı Abduləzim 19 Mayıs Universitetinin tibb fakültəsini qazanıb.

nadir-yeniazerbaycan.jpg (28 KB)

“Yeni Azərbaycan” qəzetinin redaktoru Nadir İsmayılovun (Azəri) qızı - Bakı Atatürk Litseyinin məzunu Şəmsiyyə İsmayıllı Pamukkale, Ərziyəs, İstanbul universitetlərinin tələbəsi adını qazanıb. İsmayılovlar ailəsi qızlarının ali təhsili üçün həmin universitetlərdən birini seçiblər. Belə ki, Şəmsiyyə Dənizli şəhərindəki Pamukkale Universitetində Türkiyə dövlətinin bursu hesabına - ödənişsiz ali təhsil alacaq.

“Kaspi” qəzetinin əməkdaşı Azər Nuriyevin də oğlu Anar Türkiyənin Uludağ Universitetinin tələbəsi adını qazanıb.

BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycan üzrə əməkdaşı Rəşad Hüseynov və xanımı - BDU-nun Jurnalistika fakültəsinin müəllimi, filologoya üzrə fəlsəfə doktoru Xatirə Hüseynova qızlarının xaricə təhsil almağa göndərəcək növbəti jurnalist cütlüyüdür. Jurnalist ailəsinin qız övladı Bikəxanım Avstriya, Azərbaycan, Almaniya, Çexiya, Hollandiya və Macarıstan universitetlərinə verdiyi qəbul imtahanlarında uğur qazansa da, yekun seçim birinci ölkə olub.

azer-residoglunun oqlu.jpg (104 KB)

Ölkənin nüfuzlu ali məktəblərində tələbə adını qazanan jurnalist övladlarına gəlincə isə qeyd edək ki, jurnalist Azər Rəşidoğlunun oğlu Rəşid Bakı Dövlət Universitetində dövlət sifarişi əsasında Regionşünaslıq (Amerika üzrə əyani) oxuyacaq.

fereh-qizi.jpg (105 KB)

Jurnalistlər Fərəh Sabirqızı və Məğrur Əliyev də bu gündən tələbə valideynləri sayılırlar. Onların qızı Fidan Əliyeva Bakı Dövlət Universitetində jurnalistika ixtisasında ingilis dilində təhsil alacaq.

fed.jpg (126 KB)

FED.az biznes portalının redaktoru Əli Əhmədovun oğlu Cavidan da tələbələr sırasına qoşulub. Cavidan ADA Universitetində biznesin idarəedilməsi ixtisası üzrə təhsil alacaq.

"Region plus" jurnalının baş redaktoru Namiq Mayılovun qızı Fidan Mayılova Azərbaycan İqtisad Universitetində biznesin idarəedilməsi (türk dilində) ixtisası üzrə təhsil alacaq.

Əmlak Məsələləri Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Qulu Xəlilov da sevincli anlar yaşayır. Onun oğlu Oqtay Azərbaycan İqtisad Universitetində Maliyyə və kredit ixtisası üzrə oxuyacaq.

AzNews.az saytının baş redaktoru Taleh Şahsuvarlının qızı Türkay Şahsuvarlı Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində tədrisi ingilis dilində olan iqtisadiyyat ixtisasına yiyələnəcək.

Bakı Avrasiya Universitetinin mətbuat katibi Şəfayət Avılbəylinin oğlu Nihat Əliyev bu il qəbul imtahanlarında 420 bal toplayıb. O, Cəmşid Naxçıvanski adına Hərbi Məktəbə qəbul olub.

Unikal.org saytının əməkdaşı Hüseyn İsgəndərovun qızı Ləman İsgəndərova da tələbə olanlar sırasındadır. O, Azərbaycan Dövlət Pedaqoji Universitetinin İbtidai təhsil fakültəsinə qəbul olub.