Müvafiq qərarı baş nazir Novruz Məmmədov imzalayıb Müvafiq qərarı baş nazir Novruz Məmmədov imzalayıb
  • Toplum
  • 10 Sentyabr 2019 23:28
  •  2 358

Onların da maaşı artırıldı

Müvafiq qərarı baş nazir Novruz Məmmədov imzalayıb

Nazirlər Kabineti “Bilik və bacarıqlarının diaqnostikqiymətləndirilməsi aparılmış dövlət peşə təhsilimüəssisələrində idarəetmə, təhsil və təlim fəaliyyəti ilə məşğul olan işçilərin aylıq vəzifəmaaşları sxeminin və məbləğlərinin təsdiq edilməsi haqqında” 2018-ci il 1 fevral tarixli Qərarda dəyişiklik edib.

Müvafiq qərarı baş nazir Novruz Məmmədov imzalayıb.

“Bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış dövlət peşə təhsili müəssisələrində idarəetmə, təhsil və təlim fəaliyyəti ilə məşğul olan işçilərin aylıq vəzifə maaşları sxeminin və məbləğlərinin təsdiq edilməsi haqqında” qərara edilmiş dəyişikliyə əsasən müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış dövlət peşə təhsili müəssisələrinin direktorlarının aylıq vəzifə maaşları 660 manat (əvvəlki maaş 550 manat), direktor müavinlərinin, baş mühasiblərinin aylıq vəzifə maaşı 595 manat (əvvəlki maaş 495 manat) və dərs hissə müdirlərinin aylıq vəzifə maaşı 530 manat (əvvəlki maaş 440 manat) müəyyən edilib.

AzNews.az