Faktla bağlı araşdırma aparılır Faktla bağlı araşdırma aparılır
  • Toplum
  • 18 Noyabr 2019 15:04
  •  1 352

DİN Bakıda bir ailənin 4 üzvünün öldüyü yol qəzası ilə bağlı məlumat yaydı

Faktla bağlı araşdırma aparılır

Daxili İşlər Nazirliyi (DİN) Bakıdakı ağır yol qəzası ilə bağlı məlumat yayıb.

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, noyabrın 17-də saat 11 radələrində Xəzər rayonunun Qala qəsəbəsi ərazisində paytaxt sakinləri - H.Hümbətov və V.Dadaşovun idarə etdikləri “VAZ-2105” və “BMW” markalı avtomobillər toqquşub.

Nəticədə H.Hümbətov və sərnişinlərindən qızı Rəvanə, nəvəsi Rəvan, qardaşı Ağasəf hadisə yerində ölüb, digər 2 sərnişini xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

AzNews.az