2010-cu ildə təqaüdə çıxsa da, mətbuatla fəal əməkdaşlıq edib 2010-cu ildə təqaüdə çıxsa da, mətbuatla fəal əməkdaşlıq edib
  • Toplum
  • 20 Yanvar 2020 13:00
  •  2 856

Azərbaycanın tanınmış jurnalisti vəfat edib

2010-cu ildə təqaüdə çıxsa da, mətbuatla fəal əməkdaşlıq edib

Əməkdar jurnalist, Prezident təqaüdçüsü Elmira Əliyeva 89 yaşında vəfat edib.

Elmira Əliyeva M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirəndən sonra təyinat üzrə “Bakinski raboçi” qəzetinin redaksiyasında işləyib. Ötən əsrin 60-70-ci illərində “İzvestiya” qəzetinin Azərbaycan üzrə xüsusi müxbiri olub.

1987-ci ildə "Azərinform"da (indiki "Azərtac") işləməyə başlayıb. Burada baş direktorun yanında xüsusi müxbir, mədəniyyət şöbəsinin müdiri, 10 ilə yaxın Rus dilində informasiya baş redaksiyasının baş redaktoru vəzifələrində çalışıb.

2010-cu ildə təqaüdə çıxsa da, mətbuatla fəal əməkdaşlıq edib.

Allah rəhmət eləsin! (Azərtac)

AzNews.az