"Görülən işlər və xərclənən vəsait barədə məlumatlar mütəmadi olaraq kütləvi informasiya vasitəsi ilə ictimaiyyətə çatdırılmalıdır" "Görülən işlər və xərclənən vəsait barədə məlumatlar mütəmadi olaraq kütləvi informasiya vasitəsi ilə ictimaiyyətə çatdırılmalıdır"
  • Toplum
  • 23 Yanvar 2020 10:28
  •  2 545

Bakı Şəhər İcra Hakimiyyətində müşavirə keçirilib

"Görülən işlər və xərclənən vəsait barədə məlumatlar mütəmadi olaraq kütləvi informasiya vasitəsi ilə ictimaiyyətə çatdırılmalıdır"

Bakı Şəhər İcra Hakimiyyətində aparatın və struktura daxil təsərrüfat xidmətlərinin rəhbərlərinin iştirakı ilə 2020-ci ildə iş, forma və metodlarına, eləcə də fəaliyyətdə aşkarlığın daha da artırılması məsələlərinə həsr olunmuş geniş müşavirə keçirilib.

AzNews.az xəbər verir ki, müşavirədə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov ölkə başçısının apardığı çoxşaxəli islahatların bir çox neqativ halların qarşısını aldığını və bu sahələrdə şəffaflığın təmin
olunduğunu bildirib.

O, Prezident İlham Əliyevin rəhbər şəxslər qarşısında qoyduğu tələblərə toxunaraq qeyd edib ki, hər bir rəhbər işçi öz fəaliyyətində təmiz əllər və şəffaflıqla çalışmalıdır.

Struktura daxil olan xidmətlərin fəaliyyətindən danışan Eldar Əzizov bildirib ki, hər bir qurum xüsusilə maliyyə məsələlərinə çox ciddi yanaşmalı, ayrılan vəsaitlərdən səmərəli istifadə olunmalı, görülən işlər və xərclənən vəsait barədə məlumatlar mütəmadi olaraq kütləvi informasiya vasitəsi ilə ictimaiyyətə çatdırılmalıdır.

AzNews.az