- Toplum
- 28 Yanvar 2020 11:24
- 4 607
Bakının mikrorayonlarında su kəsiləcək
Qurum yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib
Bu gün Bakının 1-ci, 2-ci, 3-cü, 4-cü və 5-ci mikrorayonlara içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
AzNews.az xəbər verir ki, bu barədə “Azərsu” ASC məlumat yayıb.
Məlumata görə, fasiləyə səbəb paytaxtın Nəsimi rayonu ərazisində yeni yaradılmış içməli su şəbəkəsinin istismara verilməsi və köhnə xətlərin ləğvidir.
AzNews.az