Neft Daşları stansiyasının məlumatı Neft Daşları stansiyasının məlumatı
  • Toplum
  • 25 Fevral 2020 14:48
  •  2 617

Xəzərdə dalğanın hündürlüyü 2,8 metrə çatıb - FAKTİKİ HAVA

Neft Daşları stansiyasının məlumatı

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə ərazisində mövcud olan faktiki hava şəraitini açıqlayıb.

Nazirlikdən AzNews.az-a verilən məlumata görə, fevralın 25-i saat 13:00-a olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti dəyişib, bəzi yerlərdə güclü şimal-qərb küləyi əsib, Naftalan, Gəncədə arabir 30-34, Tərtərdə 32, Bərdədə 30, Ağdam, Daşkəsəndə 25, Ağstafa, Tovuzda 22, Çilov adasında 21, Nabran, Yevlaxda 20, Mingəçevir, Bakıda 25, Pirallahıda 23, Çilov adasında 21, Neft Daşlarında 19 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 2,8 metrə çatıb.