“Virus xəstələri gecikəndə ağırlaşma çox olur"

"Bəziləri evdə müalicə etməyə cəhd edirlər"

“Bir çox pasiyentlər gec müraciət etdiyi üçün ağırlaşma olur”.

AzNews.az-ın verdiyi xəbərə görə, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

O bildirib ki, vətəndaşlar karantin rejimindən çəkindiyi üçün bu problem yaranıb: “Virus xəstələri gecikəndə ağırlaşma çox olur. Bu günə olan məlumata görə, 1700 nəfər qızdırma və başqa narahatlıqlarla bağlı müraciət edib. 90 faizində başqa xəstəlik çıxıb. Heç biz onlardan analiz də götürməmişik.

Təcili yardım xidmətindən çəkinməməlidirlər. Bəziləri evdə müalicə etməyə cəhd edirlər. Son anda bizə müraciət olunur”.