Onlar barəsində inzibati protokol tərtib edilib Onlar barəsində inzibati protokol tərtib edilib
  • Toplum
  • 6 İyun 2020 21:49
  •  3 933

Bu gün karantini pozan 900 nəfər cərimələndi

Onlar barəsində inzibati protokol tərtib edilib

Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunda sərtləşdirilmiş karantin rejimini pozan 900 nəfər cərimələnib.

AzNews.az-ın məlumatına görə, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib.

Onun sözlərinə görə, karantin rejimi təqbiq olunan vaxtdan yəni iyunun 6-sı saat 00.00-dan bu gün saat 17.00-a qədər 900-ə yaxın şəxs barəsində inzibati protokol tərtib edilib. Nəqliyyatın hərəkəti qadağan edildiyindən, bütün mağaza və restoranların, həmçinin iaşə obyektlərinin fəaliyyəti tam dayandırıldığından Bakının küçə və prospektlərində, park və xiyabanlarında tam boşluq yaranıb.