Özəl klinikalarda koronavirus testinin qiyməti 40-130 manatdır Özəl klinikalarda koronavirus testinin qiyməti 40-130 manatdır
  • Toplum
  • 1 Avqust 2020 10:54
  •  2 505

Özəl klinikalarda koronavirus testinin qiyməti necə müəyyən olunur?

Özəl klinikalarda koronavirus testinin qiyməti 40-130 manatdır

TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva Azərbaycanda özəl klinikaların həyata keçirdiyi koronavirus testinin qiyməti haqda danışıb.

AzNews.az-ın "Qafqazinfo"ya istinadən verdiyi xəbərə görə, Y. Qarayeva deyib ki, dövlət tərəfindən bu günə qədər bütün testlər pulsuz edilib: "Özəl müəssisələrin test aparmaq üçün təyin etdiyi qiymətlərə TƏBİB heç bir halda müdaxilə etmir. Bu, həmin müəssisələrin qəbul etdiyi daxili qərarlardır" .

Qeyd edək ki, özəl klinikalarda koronavirus testinin qiyməti 40-130 manatdır.