Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib
  • Toplum
  • 9 Avqust 2020 12:10
  •  2 061

Azərbaycan-Türkiyə təlimlərinə xüsusi təyinatlılar da cəlb edildi - Video

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib

Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki təlimlərinin birinci mərhələsinə xüsusi təyinatlı bölmələr də cəlb edilib.

Bu barədə AzNews.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, təlimin bu mərhələsində xüsusi təyinatlılar helikopterlərlə müəyyən edilmiş ərazilərə çatdırılma, müxtəlif relyefli ərazilərdən gizli keçməklə vacib strateji və hərbi obyektlərə basqın etmə, həmçinin əlverişli mövqelərin tutulması üzrə təlim-döyüş fəaliyyətlərini məşq ediblər.