• Toplum
  • 20 Avqust 2020 11:15
  •  868

“Lotu Quli” Bakıda dəfn ediləcək

Atasının məzarının yanında

Kriminal aləmdə “Lotu Quli” kimi tanınan Nadir Səlifov Bakıda son mənzilə yola salınacaq.

AzNews.az Lent.az-a istinadən xəbər verir ki, N.Səlifov Bakıxanov qəbiristanlığında (Razin) atasının məzarının yanında dəfn ediləcək.

Qeyd edək ki, N.Səlifov bu axşam Türkiyədə güllə ilə başından vurulub. O xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Qətli törədən şəxsin "Lotu Quli"nin yaxın çevrəsindən olan Xan Əhmədlinski olduğu bildirilir.

1972-ci il təvəllüdlü Nadir Səlifov Gürcüstanda doğulub.

O, 2005-2017-ci illərdə Azərbaycanda həbsdə olub. Həbsdən azad olunduqdan sonra Türkiyəyə gedib. 2018-ci ildə Türkiyədən deportasiya edilsə də, sonradan qaçaq yollarla yenidən Türkiyəyə qayıdıb.