Boş qalan yerlərə ərizəsini təsdiq edən bakalavrların sayı açıqlanıb Boş qalan yerlərə ərizəsini təsdiq edən bakalavrların sayı açıqlanıb
  • Toplum
  • 31 Avqust 2020 11:45
  •  3 878

DİM magistratura ilə bağlı məlumat yaydı

Boş qalan yerlərə ərizəsini təsdiq edən bakalavrların sayı açıqlanıb

Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarının boş qalan yerlərinə qəbul olmaq üçün proqram və ixtisaslaşma seçimi bu gün başa çatır.

Dövlət İmtahan Mərkəzindən AzNews.az-a verilən məlumata görə, bu gün saat 11:00-a qədər boş qalan plan yerləri üçün ərizəsini təsdiq edən bakalavrların sayı 1968 nəfərdir. Onlardan 1901-i Azərbaycan, 67-i rus bölməsindən olan şəxslərdir.

Bakalavrlar saat 23:59-da boş yerlərin müsabiqəsi zamanı seçməyə hüququ olan proqramı və həmin proqrama aid boş qalmış ixtisaslaşmaları seçə bilərlər.

Qeyd edək ki, magistratura pilləsi üzrə boş qalan plan yerlərinin sayı 1683-dür. Onlardan 128 yer dövlət sifarişlidir.