- Toplum
- 12 Noyabr 2020 10:45
- 5 972
İnternetə qoyulan məhdudiyyət aradan qaldırıldı
Vətəndaşlar heç bir internet məhdudiyyəti olmadan informasiya resurslarından istifadə edə bilərlər
Ermənistan Respublikası tərəfindən törədilən genişmiqyaslı təxribatların, kiberinsidentlərin qarşısının alınması məqsədilə ölkəmizdə internetin verilişinə tətbiq edilmiş müvəqqəti məhdudiyyət aradan qaldırılıb.
AzNews.az-a xəbər verir ki, işğaldan azad olunmuş və keçmiş cəbhəyanı ərazilər istisna olmaqla ölkə ərazisində intenetə məhdudiyyət götürülüb.
Vətəndaşlar heç bir internet məhdudiyyəti olmadan informasiya resurslarından istifadə edə bilərlər.