- Toplum
- 1 Yanvar 2021 09:43
- 5 079
Bu il koronavirusla mübarizəyə 261 milyon manat ayrılıb
Nazirlər Kabineti nəzərdə tutulan vəsaitin bölgüsünü və həmin bölgüdə ediləcək dəyişiklikləri həyata keçirsin
Bu ilin dövlət büdcəsində koronavirus (“COVID-19”) pandemiyasına qarşı mübarizəyə 261 milyon manat vəsait ayrılıb.
AzNews.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” 31 dekabr 2020-ci il tarixli fərmanda əksini tapıb.
Fərmanda həmçinin qeyd olunub ki, Nazirlər Kabineti nəzərdə tutulan vəsaitin bölgüsünü və həmin bölgüdə ediləcək dəyişiklikləri həyata keçirsin.