• Toplum
  • 8 Dekabr 2022 11:23
  •  8 030

Bu qidalar yeyilən evdə ağciyər xəstəlikləri olmur

Sağlam həyat sürmək üçün sağlam ağciyərlərə sahib olmaq vacibdir. Astma, xroniki ağciyər xəstəliyi və ağciyər fibrozu kimi sağlamlıq problemləri həyat keyfiyyətini aşağı salır.

Bu səbəbdən pəhriz ağciyərləri sağlam saxlamaq üçün çox önəmlidir.

Ağciyərləri sağlam saxlamaq üçün qəbul edilən qidalara diqqət etmək lazımdır. Tədqiqatlar göstərir ki, qida ilə zəngin pəhriz və həyat tərzi dəyişikliklərindən sonra ağciyərlər qorunur, ağciyərlərin zədələnməsi və xəstəlik əlamətləri azalır.

AzNews.az ağciyər sağlamlığı üçün qəbul edilməli olan qidaları açıqlayır:

BİYAN KÖKÜ ÇAYI

Sağlamlıq üçün çox faydalı bitki olan biyan kökünün çayı soyuqdəymə, xora, qaraciyər sağlamlığı və ağciyərlərə faydalıdır. Gündə 2-3 stəkan biyan kökü çayı içmək məsləhətdir.

ÇUĞUNDUR ŞİRƏSİ

Çuğundur ağciyərlərə faydalı olan nitratla zəngindir. Nitratlar qan damarlarını rahatlatmağa, qan təzyiqini aşağı salmağa və oksigen qəbulunu optimallaşdırmağa kömək edir. Çuğundur və çuğundur suyu ağciyərləri təmizləyir.

BİBER VƏ BALQABAQ

Bədəndə güclü antioksidant kimi fəaliyyət göstərir. Zəngin bir C vitamini mənbəyidir. Balqabaqda ağciyər sağlamlığını dəstəkləyən bir neçə bitki birləşməsi var. Bu tərəvəz xüsusilə karotenoidlərlə zəngindir, o cümlədən beta karoten, lutein və zeaksantin, bunların hamısı güclü antioksidant və antiinflamatuar xüsusiyyətlərə malikdir. Bütün mikrobları bədəndən, ağciyərlərdən təmizləyir!

YAŞIL ÇAY

İnsan sağlamlığı üçün çox faydalı olan yaşıl çay antioksidant və iltihab əleyhinə xüsusiyyətlərə malikdir. Bu şayın toxumaların fibrozunun və çapıqlarının qarşısını aldığı qənaətinə gəlinib. Gündə bir stəkan yaşıl çay içmək məsləhət görülür.

Nuray

AzNews.az